Bakıda ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı


11:50     16 Sentyabr 2019 19_09_16_1568619531.jpg

Sabunçu rayonunda ailə münaqişəsi zəminində dəhşətli hadisə baş verib.

Femida.az- ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.

Yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər.

R. Əhmədov Aynurəni qısqanclıq zəminində yandırdığını deyib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 560