Adnan Oktarın məhkəməsi başlayır

Adnan Oktarın məhkəməsi başlayır


11:57     16 Sentyabr 2019 19_09_16_1568620660.jpg

Sentyabrın 17-də Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.


Femida.az -ın xəbərinə görə, Cinayət Məcəlləsinin cinayətkar dəstə yaratmaq, cinsi istismara məruz qoymaq, cinsi zorakılıq, insan alveri və başqa maddələri ilə ittiham olunan Adnan Oktar və daha 225 nəfər hakim qarşısına çıxacaq. Məhkəmənin noyabradək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, eyni zamanda dini təriqət lideri olan Adnan Oktar sahibi olduğu kanalda “Kedicik” kimi qadınlarla birgə proqram aparıb.

Açar sözlər:

Oxunub: 168