1095 nəfər yaşamaq üçün ölkəmizə gəlib
12:21 16 Sentyabr 2019
Bu ilin ilk 7 ayı ərazində 1095 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.
Bu barədə Femida.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 7 ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1095 nəfər gələn, Azərbaycandan isə 892 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 203 nəfər təşkil edib.
Femida.az
Oxunub: 422