Hərbi Prokurorluğun mətbuat katibi təltif olunub

Hərbi Prokurorluğun mətbuat katibi təltif olunub


13:08     16 Sentyabr 2019 2019/09/7015a4a4-6d41-4645-b0d3-c4fa59fcf8a1_1568624918.jpg

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyevi "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Femida.az-ın xəbərinə görə, yubiley medalı F.Əliyevə təqdim olunub.

Bununla yanaşı, Hərbi Prokurorluğun bir neçə əməkdaşı da "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, Firad Əliyev 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə ilə bitirib. 2005-ci ildən isə prokurorluq orqanlarında xidmət edir.

Femida.az

Açar sözlər:

Oxunub: 190