Zaqatalada qəza - Bir nəfəri maşın vurdu


13:59     16 Sentyabr 2019 piyada5.jpg

Zaqatala rayonunda piyadanı avtomobil vurub


Hadisə bugün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun, rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobil yolu keçmək istəyən Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Hüseyn Ərəb oğlu Zaxarovu vurub.

Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona kəllə-beyin travması diaqnozu qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 520