Bədbəxt hadisə - Tələbə qız attraksiondan yıxıldı

Bədbəxt hadisə - Tələbə qız attraksiondan yıxıldı


14:05     16 Sentyabr 2019 xestexana_875.jpg

Attraksiondan yıxılan qız ağır xəsarət alıb.

Femida.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Şəkidə istirahət parkında baş verib.

Belə ki, Bərdə rayon sakini 2003 cü il təvəllüdlü Xəyalə Vüsal qızı Durmuşova attraksiondan yıxılaraq ağır xəsarət alıb. X. Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, gənc tələbəyə çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Qeyd edək ki, X. Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 240