Təcili yardım maşını çağırışa gedərkən qəzaya düşdü

Təcili yardım maşını çağırışa gedərkən qəzaya düşdü


15:11     16 Sentyabr 2019 19_09_16_1568631820.jpg

Bərdə rayonunda təcili tibbi yardım maşını qəzaya düşüb.

Femida.az -ın verdiyi xəbərə görə, Bərdə Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili “VAZ 2107” markalı avtomobillə toqquşub. Hadisə təcili yardım maşını çağırışa gedərkən baş verib. Minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)

Açar sözlər:

Oxunub: 156