Miqrasiya Könüllüləri yeni layihənin icrasına cəlb olunublar


18:02     16 Sentyabr 2019 2019/09/5d7f3-1568638838_1568642069.jpg

“Gələcəyə Qayğı” Regionların Sosial İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5-ci qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsi çərçivəsində iştirakçılar Azərbaycan dilinin tədrisi və peşə kurslarına cəlb olunmaqla yanaşı, həm də ölkəmizlə yaxından tanışlıq imkanı qazanacaqlar.


Dövlət Miqrasiya Xidmətindən Femida.az-a verilən məlumata görə, layihə çərçivəsində əcnəbilər və qaçqın statusu verilmiş şəxslər Azərbaycanın tarixi yerləri və mədəni abidələri ilə tanış olacaqlar.

Təqdimat mərasimində layihə iştirakçılarının yerli cəmiyyətə inteqrasiyası üçün dil və peşə kurslarının əhəmiyyəti vurğulanıb, müxtəlif mədəni tədbirlərin təşkili bu istiqamətdə faydalı addım kimi qiymətləndirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsinin icrasında “Miqrasiya Könüllüləri” də yaxından iştirak edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 542