Fuat Oktay: “Azərbaycan bölgədə örnək ölkəyə çevrilib”


18:30     16 Sentyabr 2019 2019/09/1A4B52A2-FD70-4AB3-84B1-DA36E648258C_1568643977.jpeg



“İqtisadi inkişafı, həyata keçirdiyi böyük sosial-iqtisadi islahatlar və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycanı bölgədə örnək ölkəyə çevirib”.

Femida.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

F. Oktay deyib ki, Azərbaycan və Türkiyə ortaq fəaliyyətlə bölgənin sabitliyi və inkişafına da önəmli töhfə verir: “İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2002-2018-ci illər arasında 8 dəfədən çox artaraq 3,2 milyard dollar, başqa bir hesablamaya görə, 3,4 milyard dollar səviyyəsinə çatıb. 2018-ci ildə 2017-ci illə müqayisədə Türkiyənin Azərbaycana ixracı 8,7 faiz artıb. Türkiyənin Azərbaycandan idxalı isə 2017-ci illə müqayisədə 2018-ci ildə 32 faiz artıb, 1,8 milyard dollara çatıb”.

Türkiyə vitse-prezidenti qeyd edib ki, iki ölkənin prezidentləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən 2023-cü il üçün hədəf də açıqlanıb: “Söhbət 15 milyard dollarlıq ticarət dövriyyəsindən gedir. Bu gün qəbul edilən qərarlarla iqtisadi əlaqələrimizi inkişaf etdirməyə qərarlı olduğumuzu ortaya qoyduq”.

Femida.az

Açar sözlər:

Oxunub: 383