Gəncədə kütləvi dava olub, 4 qonşu döyülüb


19:33     16 Sentyabr 2019 1367572794_dava-dalas.jpg

Gəncədə qonşular arasında kütləvi dava olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Şamil Əli oğlu, 1992-ci il təvəllüdlü Məmmədova Lalə Nurəddin qızı, 1986-cı il təvəllüdlü Novruzov Rusal Şöhrət oğlu və 1990-cı il təvəllüdlü Məmmədova Maral Nurəddin qızı döyülüb. Döyülənlər xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin normal olduğu bildirilir.

Onlar qonşuları tərəfindən döyüldüklərini deyiblər.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 458