Depozit hərracının nəticələri açıqlanıb


21:21     16 Sentyabr 2019 dollar%20herrac.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən Femida.az-a verilən məlumata görə, sentyabrın 16-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 629.5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 474