29 yaşlı gənc başından bıçaqlandı


09:09     17 Sentyabr 2019 metro%20bicaq4.jpg

Gəncədə bıçaqlanma hadisəsi olub.

Femida.az-ın məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1990-cı il təvəlüdlü Orucov Həsən Mehman oğlu başından bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 29 yaşlı gəncə başın böyük çapılmış yarası diaqnozu qoyulub. Onun yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 229