Bakıda baş verən iki qəza 850 abonenti qazsız qoyub


09:58     17 Sentyabr 2019 19_09_17_1568699967.jpg

Gecə saatlarında Nizami rayonu N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb.


“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən xəbərə görə, hadisə nəticəsində 500 abonentin qaz təminatı dayandırılıb.

Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.


Bu gün səhər saatlarında isə Xəzər rayonu, “Binə Sovxozu” deyilən yaşayış massivində "KamAZ" markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb. Hadisə nəticəsində 350 abonentin qaz təminatı dayandırılıb.

Açar sözlər:

Oxunub: 323