Bakı metrosunda yeni qatarda problem - Stansiyaya təcili yardım çağırıldı


10:01     17 Sentyabr 2019 metro7.jpg

Bakı metrosunda qatarda problem yaranıb.

Femida.az-ın məlumatına görə, hadisə səhər saatlarında metronun "Koroğlu" stansiyasından "Ulduz" stansiyası istiqamətində hərəkət edən yeni qatarda baş verib.

Qatar "Koroğlu" stansiyasından "Ulduz" stansiyasına hərəkət edərkən tuneldə dayanıb. Bir neçə dəqiqədən sonra hərəkət edən qatar "Nərimanov" stansiyasında yenidən dayanıb. Nəticədə vaqonların birində olan sərnişin qadın özünü pis hiss edib. Stansiyaya təcili tibbi yardım briqadası çağırılaraq qadına yardım göstərilib.

Faktı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 626