Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
10:19 17 Sentyabr 2019
Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.
Femida.az -ın xəbərinə görə, hadisə bir neçə gün bundan əvvəl baş verib.
Faktı "Report"a teatrın Mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib.
Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: "Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında çökmə olub. Hazırda tavanda təmir işləri aparılır, demək olar ki, təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Tavanın çökməsi teatrın yeni mövsümünün fəaliyyətinə heç bir maneə törətməyib. Biz artıq bu həftənin sonundan yeni mövsümə başlayacağıq".
Qeyd edək ki, "Facebook"da Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən tavanın çökdüyü barədə məlumatlar yayılıb.
Oxunub: 342
Oxşar xəbərlər
- Gənclərə biznes və karyera ilə bağlı təlim keçirilib
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gənc oğlan bıçaqlanıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib - SİYAHI
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb