Nazirlik: Balakəndə naməlum xəstəliyin aşkarlanması və karantin elan edilməsi həqiqətə uyğun deyil


10:29     17 Sentyabr 2019 xestexana_01888.jpg

Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Femida.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb: "Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb".

Açar sözlər:

Oxunub: 350