"Bakı Metropoliteni" əhaliyə müraciət etdi


11:28     17 Sentyabr 2019 trend_metro_train_080615_003.jpg

"Bakı Metropoliteni" yeni tədris ilinin başlanması ilə bağlı əhaliyə müraciət edib.



"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Femida.az- açıqlamasında bildirib ki, yeni dərs ili ilə əlaqədar metro stansiyalarında sərnişinlərin sayı artıb: "Sentyabrın 16-da metro stansiyaları ilə 800 min nəfər sərnişin daşınıb. Bu da yeni tədris ilinin başlanması ilə əlaqədardır. Pik saatlarda stansiyalarda sıxlıq yarandığı üçün qatarlar arasında interval azaldılıb, sərnişinlərin təhlükəsiz daşınması üçün lazım olan bütün tədbirlər görülüb. Lakin bu işdə sərnişinlər də ehtiyatlı olmalıdırlar. Pik saatlarda qatarların qapılarına müdaxilələr olmamalıdır. Bu cür xoşagəlməz hallar metronun işində problemlər yaradır, qatarların intervalında gecikmələrə səbəb olur. Nəticədə qatarların ümumi hərəkət qrafikində ləngimələr olur".

Xatırladaq ki, "Bakı Metropoliteni" bu il sentyabrın 14-dən qış rejiminə keçib. Yeni tədris ilinin başlanması ilə əlaqədar qatarların hərəkət qrafikində interval 5-7 dəqiqədən 2-3 dəqiqəyə endirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 620