5 evdən oğurluq edən keçmiş məhkumlar tutuldu


11:59     17 Sentyabr 2019 ogurluq.jpg

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunanlar - S.Cəfərov və E.Qasımov saxlanılıblar.


DİN Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların daha 3 həyətyanı sahədən məişət əşyaları, 1 evdən isə təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 333