Nazirliyin internet portalında yeni bölmə yaradılıb


12:24     17 Sentyabr 2019 19_09_17_1568708685.jpg

"Nazirliyin "e-sosial" internet portalında "Özünüməsğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat" altbölməsi yaradılıb. Proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb".


Femida.az -ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev deyib.

Onun sözlərinə görə, altbölmədə özünüməşğulluq proqramı iştirakçılarının hər biri ilə bağlı ayrıca kabinetlər yaradılıb:

"Portal nazirliyin rəsmi saytına inteqrasiya edilib. Kabinetlərdə bütün mərhələlər, biznes planın reallaşdırılması üçün bağlanmış müqavilə, aktivlərin verilməsinə dair akt, verilmiş aktivlərin sayı yerləşdirilir".

Açar sözlər:

Oxunub: 238