DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır


12:40     17 Sentyabr 2019 19_09_17_1568709693.jpg

Dövlət Təhlükəsizliyi Xidməti (DXT) pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından sosial şəbəkələrdə saxta profil açılması ilə bağlı müraciəti icraata götürüb.
Bu barədə Femida.az -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu məsələnin aydınlaşdırılması istiqamətində addımlar atılır: "Dövlət Təhlükəsizliyi Xidməti müraciətə kifayət qədər ciddi yanaşır. İnanırıq ki, mütləq şəkildə nəticə əldə olunacaq".

Qeyd edək ki, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib.

Açar sözlər:

Oxunub: 328