Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur


13:01     17 Sentyabr 2019 2019/09/786756_1568710203.jpg

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.



Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə olunan məlumatlar xəritələrdə əks olunur.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 736