Əfqanıstan prezidentinin çıxışı zamanı PARTLAYIŞ: 24 ölü


13:35     17 Sentyabr 2019 2016-10-11-TGwdmy-efqanistanda-silahlilar-mominleri-gullebaran-edibler.jpg

Əfqanıstanın Pərvan əyalətində Prezident Əşrəf Qəninin seçki kampaniyası çərçivəsində çıxışı zamanı partlayış törədilib.

Femida.az xəbər verir ki, hadisə nəticəsində azı 24 nəfər həlak olub, 30-dan çox yaralı var.

Hadisənin prezidentin tərəfdarlarının olduğu yerdən hansı məsafədə baş verdiyi bildirilmir.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 417