Əhalinin banklarda 8,5 milyard manatdan çox pulu var


18:18     17 Sentyabr 2019 1420399378_pul-manat-cenubnews.jpg

Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 8 milyard 580 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, əmanətlərin 56,4 faizi xarici, 43,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz artıb, xarici valyutada əmanətlər isə 3,6 faiz azalıb.

Avqustda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,89 (1,92) manata, 100 rus rubluna 2,59 (2,61) manata bərabər olub.

Açar sözlər:

Oxunub: 483