İranda ATIŞMA - Bir polis öldü, çox sayda yaralı var


15:41     17 Sentyabr 2019 19_09_17_1568720571.jpg

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polislərlə silahlılar arasında atışma baş verib.

Femida.az -ın apa.az-a istinadən verdiyi məlumata görə, bunu İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.
Onun sözlərinə görə, atışma nəticəsində 1 polis ölüb, daha 3 polis yaralanıb. Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.

Cinayəti törədən şəxslərin axtarışı davam etdirilir.

Açar sözlər:

Oxunub: 445