“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir


15:52     17 Sentyabr 2019 19_09_17_1568721174.jpg

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik təklif edilir.

Femida.az -ın məlumatına görə, dəyişiklik layihəsində qeyd edilir ki, KİV redaksiyası (məsul redaktor) və jurnalistlər (müəlliflər) “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun tələblərini pozduqda qanunvericiliyə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.

Qanun layihəsi bu gün Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.

Açar sözlər:

Oxunub: 652