Kürdəmirdə traktor aşdı


03:10     14 Noyabr 2015 50844.jpg

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Sor Sor kəndində vətəndaşa məxsus “K-700” markalı traktor idarəetməni itirərək yol kənarına aşıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü xilas edib və aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 21:31-də başa çatıb.

Açar sözlər:

Oxunub: 895