Bakıda qadını intim görüntüləri ilə şantaj etdilər - MƏHKƏMƏ


17:18     17 Sentyabr 2019 19_09_17_1568722769.jpg

Bakıda qadını intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Kamil Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, K.Süleymanov tanış olduğu qadın - A.Məmmədovanın (ad, soyad şərti) intim şəkilləri ilə şantaj edərək pul tələb edib.

Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra K.Süleymanov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 999