İlham Əliyevdən çilili həmkarına təbrik məktubu


18:32     17 Sentyabr 2019 prezident2.jpg

Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik məktubu göndərib.

Femida.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 524