Ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb


19:57     17 Sentyabr 2019 masinn0.jpg

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 26 min 695 olub.

Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 246-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 24 min 88-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2262-si yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 99-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Femida.az

Açar sözlər:

Oxunub: 578