Bakıda ruhi xəstə olan qadın itkin düşüb


09:23     18 Sentyabr 2019 19_09_18_1568784240.jpg

Bakıda 40 yaşlı qadın yoxa çıxıb.

Femida.az -ın məlumatına görə, şəhər sakini İlqar Mirzəyev Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək, onunla eyni ünvanda yaşayan ruhi-əsəb xəstəliyindən əziyyət çəkən əmisi qızı, 1979-cu il təvəllüdlü Sevinc Nuriyevanın ötən gün səhər saatlarında evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 327