Mahir Emrelinin evini qarət edənlər tutuldu


09:57     18 Sentyabr 2019 19_09_18_1568786266.jpg

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Femida.az -a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Bildirilib ki, əməliyyat nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov saxlanılıblar.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Açar sözlər:

Oxunub: 464