İki nəfərin "tok" vurmasına görə cinayət işi başlanılıb


10:12     18 Sentyabr 2019 cinayet_isi_0125.jpg

Ağstafada iki nəfəri elektrik cərəyanı vurması faktına görə cinayət işi başlanılıb.

Ağstafa rayon Prokurorluğundan Femida.aza verilən məlumata görə, rayonun Köçəsgər kənd ərazisində Tatlı dəmiryolu stansiyasında elektrik naqillərinin izolyatorlarını yenisi ilə əvəz etmək istəyərkən Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Daşqın Mustafayevin hadisə yerində ölməsi, Ağstafa sakini Zaur Həsənovun xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci(əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub. Hadisədə təqsiri olacaq şəxslərin əməlinə hüquqi qiymət verilməsi təmin olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 365