Məhkum oğluna narkotik gətirən ata saxlanılıb


10:24     18 Sentyabr 2019 19_09_18_1568787917.jpg

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Femida.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Allahverdiyev Ceyhun Yusib oğluna atası Bakı şəhər sakini Allahverdiyev Yusib Baba oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sarımsaq olan paketin içərisində gizlədilmiş sellofan bükülülərdə 0.275 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 301