Köməksiz qalan iki azyaşlı xilas edilib


10:38     18 Sentyabr 2019 fhn%20bagli%20qapi.jpg

Bakı şəhərinin Binəqədi rayonunda ayrı-ayrı ünvanlarda 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.



Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 359