Şəkidə 593 kq narkotik bitki məhv edilib


11:36     18 Sentyabr 2019 19_09_18_1568792230.jpg

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayonun Öryət kəndi ərazisindəki meşə sahəsində yabanı halda yetişmiş 2,3-4,5 metr hündürlüyündə ümumi çəkisi 593 kiloqram olan 147 ədəd çətənə kolları aşkar olunaraq məhv edilib.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 365