Xəzərdə 3 otaqlı ev yanıb


12:06     18 Sentyabr 2019 yangin_38673636.jpg

Xəzər rayonunda yanğın hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 410