Qadın vəkilin evinə basqın olub


13:17     14 Noyabr 2015 0e98df53-2c1b-4d91-a3fb-91062a0d1c1c.jpg

Salyanda maskalı şəxslər oğurluq məqsədi ilə evlərdən birinə basqın ediblər.


Femida.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Arbatan kəndində qeydə alınıb.

Naməlum şəxslər kənd sakini, Salyanda vəkil kimi fəaliyyət göstərən Sevda Sultanovanın evinə soxulublar. Ev sahiblərinin bundan xəbər tutduqlarını görən naməlum şəxslər, burada qonaq olan Lerik rayonunun Bürsülüm kənd sakini, 1993-cü il təvəllüdlü Rabil Ağadadaş oğlu Ağayevə baş və gicgah nahiyəsindən xəsarət yetirərək hadisə yerindən qaçıblar.

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Hazırda Salyan rayon Polis şöbəsində maskalıların şəxsiyyətinin müəyyən edilməsi və ələ keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Açar sözlər:

Oxunub: 955