Keçmiş məhkum oğurluq üstündə ələ keçdi


12:45     18 Sentyabr 2019 2019/09/765d8-1568795821_1568796583.jpg

Sentyabrın 2-də Kürdəmir rayonu Mürtülü kənd sakini Təbriz Abışov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 3000 manat olan məişət avadanlıqlarının və geyim əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Karrar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Feruz Bağızadə saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 404