Müsavatdan daha bir istefa


14:30     20 May 2015 130583_428987.jpg

Müsavat Partiyası Məclisinin üzvü Məlahət Mürşüdlü partiya sıralarından istefa verib.


M.Mürşüdlü bununla bağlı Müsavat Partiyası Nizami Rayon Təşkilatının sədrinə ərizə ilə müraciət edib. Ərizədə bildirilir:

“Son dövrlərdə Müsavatçılıq ideologiyasına zidd siyasətin aparılmasına, idarəçilikdə Nizamnaməyə əməl edilməməsinə etiraz əlaməti olaraq partiyadan istefa verirəm. Partiyanın adına layiq yaşaması üçün haqsızlıqlara qarşı dirəniş göstərmədiyim üçün Məhəmməd Əmin Rəsulzadə ruhu məni bağışlasın! Amma harada olmağımdan asılı olmayaraq Müsavat və M.Ə.Rəsulzadə ideallarının daşıyıcısı kimi yaşayacağam və fəaliyyət göstərəcəyəm”.

Açar sözlər:

Oxunub: 391


Oxşar xəbərlər