“Azərbaycanda antibiotiklər nəzarətsiz şəkildə satılır” — Qənirə Paşayeva


13:17     18 Sentyabr 2019 qenire4.jpg

Sonsuzluqdan əziyyət çəkən ailələr “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulunu səbrsizliklə gözləyir.
Femida.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu gün ölkədə yetərincə insan var ki, sonzuluq probleminin həlli üçün xarici ölkələrə üz tutur:

“Bu problem tezliklə öz həllini tapmalı və uzun müddətdən bəri müzakirədə olan “Reproduktiv sağlamlıq haqqında “ qanun layihəsi payız sessiyasında qəbul olunmalıdır. Nəhayət ki, sonsuzluqdan əziyyət çəkən insanlar bu qanundan yararlansınlar”.

Bundan başqa millət vəkili məktəblilər arasında skolioz və kifoz xəstəliklərinin artması barəsində də danışıb.

Onun sözlərinə görə, bu xəstəliklərin əməliyyatlarının qiymətləri da çox bahadır və müalicə üçün çox zaman əməliyyatların həyata keçirilməsi zərurəti yaranır.

Q.Paşayeva deyib ki, anemiyadan əziyyət çəkən insanların sayının artması insanların sağlamlığı üçün təhdiddir. Buna görə də bu məsələnin həllinə nail olmaq lazımdır.
Deputat eyni zamanda Azərbaycanda antibiotiklərlərin satışına nəzarətin artırılması təklif edib.

“Onun doğurduğu problemlər artır. Azərbaycanda antibiotiklər tamam nəzarətsiz şəkildə satılır, bu məsələnin də diqqətdə saxlanılması lazımdır”.

Q.Paşayeva qeyd edib ki, insan orqanlarının donor və transplantasiyası ilə bağlı qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması çox vacibdir:

“Gələn ildən icbari tibbi sığorta sistemi fəaliyyətə başlayacağı üçün bu istiqamətdə qanunvericlik bazasının yaradılması çox vacibdir. Hər gün yüzlərlə xəstə bu qanunun qəbulunu gözləyir”.

Açar sözlər:

Oxunub: 836