"Azərişığ"ın maşını dərəyə aşıb, ölənlər və yaralananlar var


13:35     18 Sentyabr 2019 qeza.jpg

Səhiyyə Nazirliyi Quba rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobilin aşması nəticəsində ölən və yaralananlar barədə məlumat yayıb.



Nazirlikdən Femida.az- a bildirilib ki, hadisə nəticəsində 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib: "Daha 2 nəfər ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılır. Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər".

Açar sözlər:

Oxunub: 491


Oxşar xəbərlər