Quba sakini ayının hücumuna məruz qalıb


13:58     18 Sentyabr 2019 19_09_18_1568800113.jpg

Qubada ayı vətəndaşa hücum edib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Cimi kəndində qeydə alınıb.

Ayı Quba rayonu, Cimi kənd sakini 1981-ci il təvəllüdlü Nərimanov Akif Əlisəfa oğluna hücum edərək müxtəlif bədən xəsarətləri yetirib.

Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.

Açar sözlər:

Oxunub: 482