Lənkəranda 2 maşın toqquşdu, ölən var


17:00     18 Sentyabr 2019 qeza_yeni.jpg

Lənkəran rayonunun Vilvan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, sentyabrın 17-də saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində Osaküçə kənd sakini Şəmsəddin Babayevin idarə etdiyi “VAZ-2107” və Astara rayon sakini R.Əliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Nəticədə Ş.Babayev hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 414