Poroşenko yenidən dindirilmədən qaçdı


20:55     18 Sentyabr 2019 19_09_18_1568823009.jpg

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Dövlət Təhqiqat Bürosunun dindirilmə ilə bağlı göndərdiyi çağırışına yenidən məhəl qoymayıb.
Femida.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Qeyd olunub ki, keçmiş prezident dindirilmə üçün Dövlət Təhqiqat Bürosuna növbəti dəfə gəlməyib.

Qeyd edək ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu ölkənin beşinci Prezidenti Petro Poroşenko və sabiq Xarici İşlər naziri Pavel Klimkinə qarşı cinayət işi açıb. Cinayət işi ilə bağlı hüquqi proseduralar aparılır, materiallar toplanılır.

Açar sözlər:

Oxunub: 434