"Qız Qalası. Qadın olmaq" adlı festivalın açılışı olub


21:42     18 Sentyabr 2019 2019/09/F9B1269D-5BB1-4FF6-BF38-AA7B8E27C65C_1568828819.jpeg

"Qız Qalası. Qadın olmaq" Beynəlxalq Müasir İncəsənət Festivalının açılış mərasimi keçirilib.

Femida.az-ın xəbərinə görə, açılış mərasimində çıxış edən Bakı Müasir İncəsənət Muzeyinin direktoru sentyabr ayının muzey üçün əlamətdar olduğunu deyib.

O bildirib ki, bu ay həm muzeyin 10 yaşı tamam olur, həm də muzey belə bir sərgiyə ev sahibliyi edir.

Daha sonra sözügedən layihənin təşəbüskarı Səbinə Şixlinskaya çıxış edib. O bildirib ki, sərgidə 8 ölkədən olan rəssamların əsərləri nümayiş olunur və sərgi sentyabrın 17-dən 27-dək davam edəcək. O, sərginin Bakı, Gəncə və Quba şəhərlərində keçiriləcəyini qeyd edib.

Sərginin təşkilatçılığını həyata keçirən Avropa Attifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da çıxış edərək sərgidə əsərləri nümayiş olunan gənc sənətkarlara təşəkkür edib və bu sərginin qayəsinin - gender bərabərliyi- vacibliyinə toxunub. "Gender bərabərliyi ədalətin bərqərar olduğu bir məqamdır", Aİ nümayəndəsi vurğulayıb.
Daha sonra sərgi iştirakçıları nümayiş olunan əsərlərlə tanış olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 466