"Qarabağ" Avroliqada mübarizəyə başlayır


09:12     19 Sentyabr 2019 19_09_19_1568870050.jpg


Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə start veriləcək.


Femida.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İspaniyanın "Sevilya" komandasını qəbul edəcək. A qrupunun digər oyununda Kipr APOEL-i Lüksemburq "Düdelanj"ı ilə üz-üzə gələcək.

Türkiyə təmsilçilərindən "Trabzonspor" İspaniyada "Xetafe"nin qonağı olacaq. "İstanbul Başakşehir" İtaliyada "Roma" ilə qarşılaşacaq. "Beşiktaş" isə Slovakiyada "Slovan"ın müqavimətini qırmağa çalışacaq.


A qrupu

20:55. APOEL (Kipr) - "Düdelanj" (Lüksemburq)

20:55. "Qarabağ" (Azərbaycan) - "Sevilya" (İspaniya)

Femida.az

Açar sözlər: #Qarabağ  

Oxunub: 742