Əfqanıstanda xəstəxanada terror: 12 ölü, 60 yaralı


10:50     19 Sentyabr 2019 19_09_19_1568875841.jpg

Əfqanıstanın cənubunda yerləşən Zabul əyalətinin Kalat bölgəsində dövlət xəstəxanasının qarşısında terror aktı törədilib.
Femida.az xarici mətbuata istinadən xəbər verir ki, partlayıcı maddə ilə dolu olan avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 60 nəfər yaralanıb. Ölənlər xəstə, həkim və yerli sakinlərdir.



Xəstəxananın binası ciddi zədənləndiyi üçün xəstələr özəl klinikalara köçürülür. Partlayışa görə məsuliyyəti “Taliban” radikal qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, “Taliban” partlayışların törədilməsini ölkədə sentyabrın sonlarına planlaşdırılan prezident seçkilərini pozmaq məqsədi daşıdığını açıqlayıb.


Açar sözlər:

Oxunub: 435