Türkiyədə qatar aşıb, 2 maşinist ölüb


11:06     19 Sentyabr 2019 2019/09/635d8325c23db65_1568876832.png

Türkiyənin Bilecik vilayətinin Bozyük rayonunda qatarın aşaraq relsdən çıxması nəticəsində iki maşinist ölüb.



Ankaradan təcrübə məqsədilə tək vaqonla yola çıxan Yüksk Sürət Qatarı (YHT) tuneldə
relsdən çıxaraq divara çırpılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşinistlərin həyatını xilas edə bilməyib. Xətt müvəqqəti olaraq qapadılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 377