Bakıda 70 yaşlı qadın evində öldürüldü


11:17     19 Sentyabr 2019 qoca%20qadin%20aglayir%20doyul.jpg

Bakıda qətl törədilib.


Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Femida.az

Açar sözlər:

Oxunub: 1489