Əhməd Cavadın həyatı film oldu - VİDEO
11:10 19 Sentyabr 2019
Türkiyənin “TRT AVAZ” telekanalı Azərbaycanın istiqlal şairi Əhməd Cavadın xatirəsinə həsr olunan sənədli filim hazırlayıb.
Femida.az xəbər verir ki, “Əhməd Cavad: Bir millətin ruhu” adlı filmdə baş rolları Mert Karabulut və Buse Naz Çınar ifa edib.
Ekran əsərinin ssenari müəllifi Vahit Taha Kurutlu, layihə üzrə məsləhətçi Nicat Quliyevdir. Filmin musiqisi Aygün Səmədzadəyə məxsusdur.
Filmdə dahi şairin keçdiyi həyat yolu, yazdığı şeirlər, işgəncə ilə öldürülməsi əks olunub.
Bundan başqa, filmdə araşdırmaçılar Dilqəm Əhməd və Nəsiman Yaqublu, Ə.Cavadın nəvəsi Anar Axundzadə və qonşusu Sabir Nadirov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, azərbaycanlı deputat Sona Əliyeva, türkiyəli araşdırmaçılar Yılmaz Özkaya, Hüseyin Kocabıyık, Ruhi Ersoy və digərləri şair haqqında bilgilərini bölüşüb.
Femida.az
Oxunub: 884
Oxşar xəbərlər
- Əhmədbəyli–Şuşa–Əhmədbəyli reysləri təxirə salınıb
- Əhməd Məsuddan “Taliban”a çağırış
- Əhməd İsmayılov Əl-Cəzirənin nümayəndəsi ilə görüşüb
- Əhməd İsmayılov mediada tətbiq olunacaq yeniliklərdən danışdı
- Əhməd İsmayılov yeni Agentliyə rəhbər təyin olundu
- Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırdır
- Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM
- Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edilib
- Əhməd Bilalovla bağlı ABŞ-dan - Açıqlama